BAKI, 25 mart - Sputnik. Rusiya ordusu daha da böyüməlidir. Belə bir açıqlama ilə aparıcı Rusiya KİV-lərinə, o cümlədən RİA Novosti-yə müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.
"Ordumuz daha da böyüməlidir. Onun say parametrləri açıqlanıb - ən azı 1,5 milyon nəfərdir", - deyə Medvedev bildirib.
Bundan əvvəl Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya Silahlı Qüvvələrindəki hərbçilərin sayı 1,5 milyon nəfərə, o cümlədən 695 min müqaviləli əsgərə çatdırılmalıdır.
Orduya çağırışın saxlanmasının tərəfdarı olub-olmadığı və Ukraynadakı hərbi xüsusi əməliyyatın (XHƏ) buna necə təsir etdiyi barədə sualın cavabında Medvedev bildirib ki, Rusiya Federasiyasının uğurlu müdafiəsi üçün indi çağırış və müqavilə əsasında qarışıq ordu uyğundur.
"Məncə, hazırda Vətənimizin uğurlu müdafiəsi həm çağırışa, həm də müqaviləyə əsaslanan qarışıq orduya uyğundur. İkincisi: təbii ki, xüsusi hərbi əməliyyat təsir edib və ən əhəmiyyətli şəkildə, o vaxtdan bəri, ordunun gücü hərbi əməliyyatlar dövründə sınaqdan keçirilir”, - deyə o bildirib.
Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Ukraynada hərbi xüsusi əməliyyat Rusiya Federasiyasındakı problemləri üzə çıxarıb, ayrı-ayrı qurumlar, bürokratiya və texnoloji komponent XHƏ üçün hazır olmayıblar.
“Əslində bəzi problemləri tez həll etmək olar, bəziləri tez həll olunmur. Bu həyatdır. Ancaq XHƏ-nin problemləri ifşa etməsi faktdır - haqlısınız. Bütövlükdə, son illər dövlətimiz əvvəlkindən daha güclü olub. Ona görə də biz dağılmırıq, əksinə inkişaf etməyi bacarırıq, həm də özümüzü layiqincə nümayiş etdirirk. Lakin ayrı-ayrı qurumlar, əlbəttə ki, XHƏ keçirməyə tam hazır deyildilər. Bürokratiya da yəqin ki, tam hazır deyil. Texnoloji komponent də tam hazır deyil”.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.