RUSİYA

May-sentyab aylarında Krıma üç milyon sərnişin daşınaсaq - RF Nəqliyyat Nazirliyi

Rusiya aviaşirkətləri bu yay mövsümündə marşrut şəbəkəsini genişləndirməyi planlaşdırır.
Sputnik
BAKI, 25 mart - Sputnik. Mayın 1-dən sentyabrın 30-dək Krıma 3 milyon sərnişinin daşınması planlaşdırılır. Bunu Rusiyanın nəqliyyat naziri Vitali Savelyev deyib.

“Krım yarımadası istiqamətində... biz mayın 1-dən sentyabrın 30-dək 3 milyon sərnişini təmin edəcəyik”, - Savelyev Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.

Onun sözlərinə görə, bu mövsüm Krıma qatarların sayı 22-yə çatdırılacaq və əlavə olaraq 400 sərnişin vaqonunun cəlb edilməsi nəzərdə tutulub.
Savelyevin sözlərinə görə, Rusiya aviaşirkətləri də bu yay mövsümündə marşrut şəbəkəsini genişləndirməyi planlaşdırır.
Bundan əlavə, nazir əlavə edib ki, daxili su yollarında yay mövsümü martın 25-dən başlayacaq.
Savelyevin sözlərinə görə, bu mövsümdə su nəqliyyatı ilə 9,5 milyon sərnişinin daşınması planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.