RUSİYA

Ukraynada xüsusi hərbi əməliyyat başa çatandan sonra RF daha çox silaha ehtiyac duyacaq

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, geri addım BMT-nin himayəsi altında yekdilliyi göstərmək cəhdindən daha yaxşıdır.
Sputnik
BAKI, 24 mart - Sputnik. Ukraynada xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra da Rusiyanın daha çox silaha ehtiyacı olacaq.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın aparıcı KİV-lərinə, o cümlədən RİA Novosti-yə müsahibəsində bildirib.
"Hərbi-sənaye komponentimiz baxımından belədir. Hesab edirəm ki, hələ getməli olduğumuz müəyyən yol var, gələcək üçün ehtiyat lazımdır. Bu, tamamilə göz qabağındadır", - o, deyib.
Medvedev əlavə edib ki, Rusiya bəzi mövqelərdə sovet mövqelərinə belə yaxınlaşmayıb, bəzilərində isə yaxınlaşıb.
Dünya dəyişir, anqlo-sakson diktəsi bitdi
"Dünya dramatik və dönməz şəkildə dəyişdi, anqlo-sakson ölkələrinin diktəsi sona çatdı və o, regional razılaşmalar dövrü ilə əvəz olunur. Dünya dəyişdi. Bir neçə il əvvəl təsəvvür edə bilmədiyim qədər köklü şəkildə dəyişdi. Geriyə dönüş yoxdur. Əvvəlki kimi olmayacaq. Yaxşı və ya pis - bilmirəm, amma hər halda yaxşıdır. Anqlo-sakson ölkələrinin diktəsi sona çatdı”, - Medvedev əlavə edib.
Onun fikrincə, buna görə də, institutlar da dəyişməlidir.
"Bəziləri səmərəsizdir, bəziləri BCM (Beynəlxalq Cinayət Məhkəməsi - red.) kimi zibildir, bəziləri işləyir, bəziləri fəaliyyət göstərir. Bundan sonra nə olacağını bilmirəm, amma aydındır ki, indi BRICS, ŞƏT kimi regional sazişlər dövrüdür. İkitərəfli münasibətlər gəlir. Bəzi mənalarda hətta geriyə addım kimi görünə bilər, lakin belə bir geri addım BMT və ya hansısa başqa qurumun himayəsi altında yekdilliyi göstərmək cəhdindən daha yaxşıdır”, - Təhlükəsizlik Şurasının sədr müavini deyib.
Balans pozuldu, lənətlənmiş dövr başladı
Medvedev qeyd edib ki, SSRİ dövründə dünya tarazlıqda idi:
"Sovet dövlətinin müdafiəsi ilk növbədə, bütün dünyada qüvvələr balansının qorunması üçün idi. Varşava Müqaviləsi ilə NATO arasında qarşıdurma. Və bu, yeri gəlmişkən, vəziyyətin tarazlığını pozmağa imkan vermədi. Yaxşı, siz istədiyiniz kimi həm Varşava Müqaviləsi, həm Sovet İttifaqını, həm də NATO-nu söyə bilərsiz, amma dünya tarazlıqda idi. İndi nə olduğu bilinmir".
"Dünyaya biri hökm edəndə, bunun nəyə gətirib çıxara biləcəyi aydındır", - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini fikrini yekunlaşdırıb.