BAKI, 24 mart - Sputnik. İranda zəlzələ nəticəsində yaralananların sayı 165-ə çatıb. Bu barədə İran KİV-ləri məlumat yayıb.
Bəzi mənbələr yaralananların sayının 200-ə yaxınlaşdığını qeyd ediblər. Hələlik tələfat barədə hər hansı məlumat yoxdur.
Bu gün səhər İranda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Təbii fəlakətin episentri İranın Xoy şəhərindən 35 km cənubda (əhali sayı təxminən 175 min nəfər) yerləşib.
Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss olunub.
13:35
İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıb.
İranın Qərbi Azərbaycan Vilayətinin Böhran İdarəetmə Mərkəzinin baş direktoru bildirib ki, zəlzələ nəticəsində Səlmas şəhərində 70 nəfər yaralanıb. Xoy şəhərində isə 12 yaralının olduğu bildirilir.