BAKI, 24 mart - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etməsi və asanlaşdırılması ilə məşğuldur.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Twitter hesabında yazıb.
O bildirib ki, Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır (Report).