HADİSƏ

Azərbaycanda bu gün iki zəlzələ qeydə alınıb

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, İsmayıllı və Şəmkir rayonlarında zəlzələ baş verib.
Sputnik
BAKI, 24 mart - Sputnik. Azərbaycanda gün ərzində ikinci zəlzələ baş verib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Daha öncə İsmayıllı rayonunda zəlzələ baş verib.
11:29
İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.
Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.