CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayrı-ayrı orqanlara bənzəyən meyvə və tərəvəzlər

Beyinlə qoz arasında əlaqə və oxşayış da çox maraqlıdır. Araşdırmalar göstərir ki, qoz meyvələr arasında gümüş ionları olan yeganə qidadır. Bunun çox maraqlı bir izahı var, çünki insan orqanizmində gümüş ionlara ehtiyacı duyulan yeganə orqan beyindir.
Sputnik
BAKI, 24 mart - Sputnik. Gündəlik həyatda istifadə olunan qidalarla bir çox orqanlar arasında bənzəyiş olduğunu görmək olar.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, aparılan araşdırmalar nəticəsində həmin qidaların orqanizm üçün çox böyük faydaya malik olduğu məlum olub.
Quruluşca mədəyə bənzəyən zəncəfil mədənin ən yaxın dostudur. Zəncəfil mədə xəstəlikləri ilə çox yaxşı mübarizə aparır. Həmin ədviyyat qidanın orqanizmə sorulmasını sürətləndirir, həzmi asanlaşdırır. Mədədəki iltihabı azaldaraq toksinlərdən təmizlənməsinə kömək edir.
Zəncəfil, arxiv şəkli
Kəsilmiş göbələyin forması qulağa bənzəyir. Tərkibi D vitamini ilə zəngin olan göbələk qulaq iltihabı zamanı və sonradan yarana biləcək karlığın qarşısını almaqda kömək edir.
Tərkibi yod, fosfor, kalsium və digər mikroelementlərlə zəngin olan göbələk saç, dəri və dişlərin sağlamlığı baxımından cavabdehlik daşıyır.
Kivinin dilimli halına baxanda onu gözə bənzətmək olur. Həmin meyvə antioksidantlarla zəngindir. Hüceyrələri və gözləri sərbəst radikallardan qoruyur. Kivi göz sağlamlığı üçün faydalı meyvədir, tərkibi kalsium, maqnezium, kalium kimi elementlərlə zəngindir.
Kivi, arxiv şəkli
Qeyd edək ki, nar meyvəsinin dənələri qan hüceyrələrinə bənzəyir. Belə ki, nar şirəsi qanı zəhərli toksinlərdən təmizləyir, ürəyin fəaliyyətini normallaşdırır, damar tıxanıqlığının qarşısını alır, ürək infarktı riskini azaldır. Bir stəkan nar şirəsinin tərkibində S vitamininə olan gündəlik ehtiyacın 40 faizi var.
Pomidorun daxili forması ürəyə bənzəyir. Həmin faydalı tərəvəzin tərkibində olan likopen maddəsi ürəkdə yaranan tromblaşmanın qarşısını alır, beyin insultu riskini azaldır. Qan təzyiqi yüksək olanlara qida rasionunda pomidora üstünlük vermələri tövsiyə olunur.
Pomidor
Beyinlə qoz arasında əlaqə və oxşayış da çox maraqlıdır. Araşdırmalar göstərir ki, qoz meyvələr arasında gümüş ionları olan yeganə qidadır. Bunun çox maraqlı bir izahı var, çünki insan orqanizmində gümüş ionlara ehtiyacı duyulan yeganə orqan beyindir. Qoz beynin normal inkişafını qorumaq üçün çox faydalıdır. Onun tərkibində olan bioaktiv birləşmələr beyin hüceyrələri üzərində qoruyucu təsir göstərir, zəkanın inkişafına kömək edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.