DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Lukaşenkonun "Boeing"-ini bloklanmış əmlaklar siyahısına əlavə edib

ABŞ Belarus Avtomobil Zavodu (BelAZ) və Minsk Avtomobil Zavoduna (MAZ) qarşı sanksiyalar tətbiq edib, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkonun Boeing-737-sini bloklanan mülklər siyahısına əlavə edib.
Sputnik
BAKI, 24 mart - Sputnik. ABŞ Belarus Avtomobil Zavodu (BelAZ) və Minsk Avtomobil Zavoduna (MAZ) qarşı sanksiyalar tətbiq edib. Həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkoya məxsus Boeing-737-ni bloklanan mülklər siyahısına əlavə edib.
ABŞ Maliyyə Nazirliyinin saytında bu şirkətlərin sanksiya siyahısına daxil edildiyi bildirilir. Həmçinin qeyd olunur ki, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Belarusdan olan 9 şəxsi də siyahıya daxil edib.
Bundan əvvəl MAZ və BelAZ-a qarşı sanksiyalar Avropa İttifaqı və Kanada tərəfindən tətbiq edilib. Məhdudiyyətlər altındakı şəxslər sözügedən müəssisələrin rəhbərləri - Valeri İvankoviç və Sergey Nikiforoviç idi.
Sanksiyalar ABŞ ərazisində yerləşən, adları müvafiq siyahıda olan şəxs və şirkətlərin bütün əmlakının bloklanmasını nəzərdə tutur. Söhbət həm də birbaşa və ya dolayı yolla sanksiya tətbiq edilmiş bir və ya bir neçə şəxsə məxsus olan təşkilatların fərdi və ya məcmu şəkildə 50 faiz və ya daha çox hissəsinin bloklanmasından gedir.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Belarusda demokratiyanın pozulmasında fəaliyyətlərinə görə 14 Belarus rəsmisinə viza məhdudiyyəti tətbiq edib.
DÜNYA XƏBƏRLƏRİ
ABŞ Dövlət Departamenti Belarusa qarşı yeni sanksiyalar tətbiq edib