Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Zaxarova: Rusiya Qarabağdakı vəziyyətdən narahatdır, sülh prosesinə alternativ yoxdur

Moskva tərəfləri bəyanatlarda və hərəkətlərdə təmkinli olmağa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları, o cümlədən nəqliyyat kommunikasiyalarının blokunun açılması üzrə danışıqları bərpa etməyə çağırır.
Sputnik
BAKI, 23 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib ki, Rusiya Qarabağda artan gərginlik və insidentlərin sayından narahatdır, İrəvan və Bakını sülh prosesini bərpa etməyə çağırır.
"Biz həqiqətən də düşmənçilik ritorikasının artması və Dağlıq Qarabağda insidentlərin sayının artması, tərəflərin Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanmasında kompromislər axtarmaq istəməməsindən narahatıq", - Zaxarova brifinqdə bildirib.
O vurğulayıb ki, Rusiya sülh prosesinə alternativ görmür.
Zaxarova qeyd edib ki, Moskva tərəfləri bəyanatlarında və hərəkətlərində təmkinli olmağa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə danışıqları bərpa etməyə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, ictimai xadimlərin və parlamentarilərin görüşlərinin keçirilməsinə çağırır.
Onun sözlərinə görə, Qərb və Aİ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində peyda olan kimi irimiqyaslı problemlər yaranıb.
"Sülh və kömək etmək istəyi ilə bağlı bütün sözlərin arxasında biz bunun əksini görürük", - diplomat vurğulayıb.