BAKI, 23 mart - Sputnik. "Avroviziya 2023"də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcək. Bu barədə "APA" İctimai Televiziyaya istinadən məlumat yayıb.
Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti "Tell me more" mahnısı ilə təmsil edəcək.
Qeyd olunub ki, yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Azərbaycan birinci hissədə 12 nömrə altında səhnəyə çıxacaq.
Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də çıxış edəcək.
Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.