RUSİYA

İranla oyunda Rusiya millisinə 500-ə qədər azarkeş dəstək olacaq

Martın 26-da Sankt-Peterburqdakı “Qazprom-Arena” stadionunda Rusiya millisinin İraq yığması ilə görüşü nəzərdə tutulub.
Sputnik
BAKI, 23 mart - Sputnik. İran millisi ilə yoldaşlıq oyununda Rusiya milli futbol komandasına 500-ə qədər azarkeş dəstək olacaq. Bu barədə cümə axşamı TASS-a Rusiya Futbol İttifaqının (RFİ) kommunikasiyalar xidmətindən məlumat verilib.
İran və Rusiya yığmaları arasında oyun martın 23-də baş tutacaq. Görüş Tehrandakı Azadi stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

“Tehrandakı oyunda 500-ə qədər azarkeşin Rusiya yığmasını dəstəkləyəcəyini gözləyirik”, - deyə RFİ-dən məlumat verilib.

İrandakı matç Rusiya komandası üçün 2023-cü ildə ilk olacaq.
Martın 26-da Sankt-Peterburqdakı “Qazprom-Arena” stadionunda baş məşqçi Valeri Karpinin rəhbərliyi altındakı komandanın İraq yığması ilə görüşü nəzərdə tutulub.
28 fevral 2022-ci il tarixində Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya və Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda RF klub və komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.
Ötən il Rusiya milli komandası üç yoldaşlıq oyunu keçirib: sentyabrda rusiyalı futbolçular Bişkekdə Qırğızıstan yığması ilə (2:1), noyabrda Düşənbədə Tacikistan yığması ilə (0:0) və Daşkənddə Özbəkistan millisi ilə (0:0) qarşılaşıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.