VİDEO

Ramazan ayı insanın daxili saflaşma dövrüdür – teoloq

Dünya müsəlmanları üçün müəddəs Ramazan ayı başlayır.
Sputnik
Tanınmış Azərbaycan publisisti, teleaparıcı və ilahiyyatçı alim Teymur Atayev müqəddəs Ramazan ayının xüsusiyyətlərindən, onun müasir cəmiyyətin mənəvi dəyərlərinin formalaşmasına təsirindən danışıb. Ramazan ayı vacib oruc ayıdır və islamın - şəriətin əsas hökmlərinin beş sütunundan biridir. Bu, müsəlmanların mümkün qədər gündəlik qayğılardan uzaqlaşaraq öz imanlarına diqqət yetirdikləri dövrdür.
"Bu, daxili düşüncə vaxtıdır. Adi beş vaxt namazdan əlavə, bir çox dindar müsəlmanlar bu günlərdə məsciddə bir neçə saat vaxt keçirir, namaz qılır, Quran oxuyur və gecə namazlarını qılırlar", - deyə Atayev bildirib.
Onun sözlərinə görə, Ramazanda oruc tutanlara daxili təmizliyə riayət etmək və özünü insanı təhqir edən düşüncələrdən, istəklərdən və hərəkətlərdən azad etmək əmri verilir.
İlahiyyatçı vurğulayıb ki, Ramazan ilk növbədə ruhun təmizlənməsi, bütün günahlardan, il ərzində yığılan səhvlərdən təmizlənməkdir. "Və əgər biz ilkin olaraq tövbə və dua ilə özümüz bunun üçün səy göstərsək bu baxımdan oruc tutmaq bizi yaxşılığa doğru dəyişə bilər. Qurani-Kərimdə deyildiyi kimi, biz özümüz dəyişməyə başlamayana qədər Uca Allah bizim mövqeyimizi dəyişmir", - deyən Atayev bildirib ki, orucluq günləri Qədr gecəsinə - Ramazan ayının 26-dan 27-nə kimi xüsusi vaxta düşür, Quranın ilk surəsinin Məhəmməd peyğəmbərə verilməsini xatırladır. Məhz bu gecədə Uca Allah möminin günahlarından səmimi olaraq tövbə etdiyi təqdirdə ruhən yüksəlməsinə kömək edə bilər.