HADİSƏ

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Martın 22-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sputnik
BAKI, 23 mart - Sputnik. Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, martın 22-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.