BAKI, 23 mart - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram* hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”.
Xatırladaq ki, bu gün Ramazan ayı başlanıb. Ölkədə aprelin 21, 22-si Ramazan bayramı qeyd olunacaq. Qədr (Əhya) gecələri isə aprelin 9-u, 11-i, 13-ü və 17-nə təsadüf edəcək.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.