RUSİYA

Rusiya Vaşinqtonu eskalasiya yolu ilə getməməyə çağırır - Ryabkov

BŞ-ın dörd yüksək vəzifəli respublikaçı qanunvericisi prezident Baydenə məktub göndərərək, kasetli sursatlarla Ukraynaya kömək etməyə çağırıb.
Sputnik
BAKI, 22 mart - Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ konqresmenlərinin Ukraynaya kaset bombaları tədarükü ilə bağlı prezident Co Baydenə müraciətini şərh edib. RİA Novosti-nin xəbərinə görə, diplomat Rusiyanın ABŞ-ı eskalasiya yolu ilə getməməyə çağırdığını bildirib.
Bundan əvvəl ABŞ-ın dörd yüksək vəzifəli respublikaçı qanunvericisi prezident Baydenə məktub göndərərək, kasetli sursatlarla Ukraynaya kömək etməyə çağırıb.
Müraciəti Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələrinin rəhbərləri Maykl Makkal və Silahlı Qüvvələr Komitəsinin rəhbərləri Mayk Rocers, Senatdakı analoji strukturların üzvləri Cim RişRocer Uikers imzalayıblar.
“Biz Amerika tərəfini eskalasiya yolunu tutmamağa çağırırıq. Mən indi silahlı münaqişədə kaset sursatlarından istifadənin nə dərəcədə məqbul olduğu sualını demirəm. Bu, uzun müddətdir ki, ixtisaslaşmış beynəlxalq platformalarda müzakirə olunan mövzudur”, - deyə Ryabkov jurnalistlərə bildirib.

“Birləşmiş Ştatlar, əslində, hər gün - və bu, mübaliğə deyil, eskalasiya yolu ilə hərəkət etmək əzmini nümayiş etdirir. Belə bir kursun təhlükəsi bizim üçün aydındır. Biz görürük ki, Ukraynaya verilməyəcək silah və hərbi texnika baxımından praktiki olaraq heç bir nomenklatura yoxdur. Ukrayna tərəfdən döyüş meydanını onlarla doyurmaq üçün getdikcə daha çox ölümcül uzaqmənzilli mürəkkəb müasir sistemlər nəzərdən keçirilir. Beləliklə, ABŞ bu münaqişədə faktiki olaraq birbaşa iştirak edən tərəf statusunu dönə-dönə təsdiqləyir, - deyə diplomat vurğulayıb.

Ryabkov bildirib ki, ABŞ prezidenti Co Baydeni Kiyevə kaset bombası verməyə çağıran konqresmenlər NATO-nun təhlükəsizliyinə təsirindən xəbərsizdirlər.

“Konqresmenlər, görünür, ABŞ-ın rəhbərlik etdiyi Şimali Atlantika blokunun təhlükəsizliyi və Vaşinqtonla münasibətlərimizin ən azı nisbi normallaşması perspektivi üçün hansı nəticələrin ola biləcəyini dərk etmirlər”, - deyə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Uranlı mərmilərin Kiyevə ötürülməsi münaqişəni gərginləşdirəcək addımdır - RF səfirliyi