PAYTAXT XƏBƏRLƏRİ

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb

Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva xəsarət alıblar.
Sputnik
BAKI, 22 mart - Sputnik. Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Report-un xəbərinə görə, hadisə Abşeron rayonu ərazisində baş verib.
Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.