BAKI, 22 mart - Sputnik. Belarusda 2024-cü ildə keçiriləcək seçkilər asan olmayacaq, çünki xaricə gedən müxalifət zorakı hərəkətlərə hazırlaşır. RİA Novosti xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lekaşenko jurnalistlərə deyib.
Belarusda parlament və yerli seçkilərdə vahid səsvermə 25 fevral 2024-cü ildə, ondan sonra isə 60 gün ərzində ÜmumBelarus Xalq Məclisinə seçki keçiriləcək.
2025-ci il iyulun 20-dən gec olmayaraq ölkədə prezident seçkiləri keçirilməlidir.
“Bəli, 2024-cü ilin əvvəli bizim üçün asan olmayacaq. Biz bunun öhdəsindən gələcəyik, amma rahatlanmağa ehtiyac yoxdur, çünki qaçan bu alçaqlar, bir neçə yüz ən fəal insan... hazırlaşır”, - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, hazırda xaricdəki radikal müxalifət nümayəndələri “pul qazanmaq, öz sponsorlarına Telegram kanallarında post yazmaqlan daha çox şeyə qadir olduqlarını göstərmək” üçün terror hücumları planları hazırlayırlar.
“Məqsəd də eynidir - müharibə, onu sınadılar, bunu sınadılar, üsyan, rəngli inqilablar, mediada müharibə. Ancaq cəhd edəcəkləri yalnız bir qolu qalıb - silah götürmək", - deyə Belarus lideri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.