BAKI, 22 mart - Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,96 ABŞ dolları, yaxud 2,62 % artaraq 76,71 ABŞ dolları təşkil edib. Bu barədə Report-a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 75,32 ABŞ dollarına satılıb.
APA xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin may müqaviləsinin dəyəri 0,60% və ya 0,45 dollar azalaraq 1 barelə görə 74.87 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,72% və ya 0,50 dollar azalaraq 69.17 dollara bərabər olub.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.