BAKI, 21 mart - Sputnik. Rusiya və Çin terrorizmi və onunla mübarizə bəhanəsi ilə daxili işlərə qarışma praktikasını pisləyir, həmçinin BMT-nin mərkəzi rolunu daşıyan vahid qlobal antiterror cəbhəsinin formalaşdırılması ideyasını təbliğ edirlər. Bu barədə birgə bəyanatda deyilir. Onun mətni Kremlin saytında dərc olunub.
“Tərəflər terrorizmi bütün təzahürlərində pisləyir, BMT-nin mərkəzi əlaqələndirici rolu ilə vahid qlobal antiterror cəbhəsinin yaradılması ideyasını irəli sürür, terrorizm və ekstremizmə qarşı mübarizədə siyasiləşməyə və ikili standartlara qarşı çıxır, beynəlxalq terrorizm və ekstremizmlə mübarizə bəhanəsi ilə dövlətlərin daxili işlərinə müdaxilə praktikasını, habelə terrorçu və ekstremist qruplardan geosiyasi məqsədlər üçün istifadə cəhdlərini pisləyirlər" - bəyanatda deyilir.