RUSİYA

Londonun hərəkətləri dünyada sabitliyi pozur - Lavrov

Nazir Britaniyanın təkcə riskləri deyil, həm də hərbi cinayətləri öz üzərinə götürməyə hazır olduğunu qeyd edib.
Sputnik
BAKI, 21 mart - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın Ukraynanı tükənmiş uran mərmiləri ilə təchiz etmək niyyətini şərh edərkən bildirib ki, London öz hərəkətlərinin bütün dünyada strateji sabitliyi necə pozduğuna dair öz "başını" artıq itirib.
“Mən heç nəyə təəccüblənmərəm, çünki onlar öz hərəkətləri baxımından, bu hərəkətlərin dünyada strateji sabitliyə necə xələl gətirməsi baxımından artıq öz başlarını itiriblər”, - nazir deyib.
Britaniyanın Ukraynanı tükənmiş uran mərmiləri ilə təchiz etmək planlarını şərh edən Lavrov Britaniyanın təkcə riskləri deyil, həm də hərbi cinayətləri öz üzərinə götürməyə hazır olduğunu qeyd edib.
“Əgər bu doğrudursa, o zaman onlar (Britaniya hakimiyyəti - red.) təkcə riskə getməyə deyil, 1999-cu ildə Yuqoslaviyada olduğu kimi beynəlxalq humanitar hüququ pozmağa və özlərinə icazə verdikləri bir çox başqa şeylərə, o cümlədən müharibə cinayətləri, insanlığa qarşı cinayətlər”, - XİN başçısı vurğulayıb.