BAKI, 21 mart - Sputnik. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) və Milliyətçi Hərəkat Partiyası (MHP) Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Ali Seçki Şurasına (MSK) müraciət edib.
“TRT Haber”in yaydığı məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi üçün müraciət AK Parti qrup sədri İsmət Yılmaz, MHP qrup sədr müavini Erkan Akçay, AK Parti sədr müavini Əli İhsan Yavuz və MHP sədr müavini Feti Yıldız tərəfindən təqdim edilib.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.