RUSİYA

Su-35 iki B-52 bombardmançısının Rusiyanın sərhədini pozmasının qarşısını alıb

Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının müəyyən edilməsi və qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus Su-35 qırıcısı havaya qaldırılıb.
Sputnik
BAKI, 20 mart - Sputnik. Rusiyanın Su-35 qırıcı təyyarəsi bazar ertəsi Baltik dənizi üzərində iki Amerika B-52 strateji bombardmançısının Rusiya sərhədini pozmasını dayandırıb. Bu barədə bazar ertəsi Rusiya Federasiyasının Milli Müdafiənin İdarəolunması Mərkəzindən məlumat verilib.
"20 mart 2023-cü il tarixində Qərb Hərbi Dairəsinin Baltik dənizi üzərində növbətçi hava hücumundan müdafiə qüvvələrinin radarları Rusiya Federasiyasının dövlət sərhədi istiqamətində uçan iki hava hədəfi aşkar edib. Hədəflər iki ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52N strateji bombardmançı kimi təsnif edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının müəyyən edilməsi və qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus Su-35 qırıcısı havaya qaldırılıb. Bundan sonra qırıcının ekipajı havada müəyyən edilmiş növbətçilik zonasını zəbt edib.
"Xarici hərbi təyyarələr Rusiya Federasiyasının dövlət sərhədindən çıxarıldıqdan sonra rus qırıcısı öz baza aerodromuna qayıdıb", - Milli Mərkəzdən bildiriblər.
Rusiya qırıcısının uçuşunun hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirildiyi vurğulanır. Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasına yol verilmir.