Azərbaycan-Ermənistan sərhədində vəziyyət

İrəvan və Bakı müqavilə ilə bağlı təklifləri əsasən Rusiya vasitəsilə ötürür - spiker

Bakı və İrəvan ötən ildən Rusiya, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
Sputnik
BAKI, 20 mart - Sputnik. Ermənistan parlamentinin spikeri Alen Simonyan bazar ertəsi jurnalistlərə bildirib ki, sülh müqaviləsi ilə bağlı təkliflər İrəvan və Bakı tərəfindən əsasən Rusiya vasitəsilə ötürülür.
“Müxtəlif tərəflərdən müxtəlif vasitəçiliklər var... Müqavilə təklifləri müxtəlif kanallar vasitəsilə, əsasən Rusiya tərəfi vasitəsilə ötürülür... Rusiya əsas rolu oynamaqda davam edir, lakin ABŞ-dan da kifayət qədər aktiv olan təşəbbüslər var, eləcə də Fransadan”, - Simonyan bildirib.
Bakı və İrəvan keçən ildən Rusiya, ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
SİYASƏT
Ermənistan yenə sülh üçün yaranmış tarixi fürsətdən istifadə etmək niyyətində deyil - XİN