FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Novruz bayramı - arxivdən görüntülər

Uzun illərdir ki, türk xalqları həyatın və yeni ilin başlanğıcını ifadə edən Novruz bayramını qeyd edirlər. Sputnik Azərbaycan müxtəlif ölkələrdə, o cümlədən Odlar Yurdunda qeyd olunmuş bu bayramın arxiv görüntülərini təqdim edir.
Sputnik
BAKI, 20 mart — Sputnik. Novruz - türkdilli xalqların ən qədim bayramlarından biridir. O, məhsuldarlığı, dostluğu və sevgini simvollaşdırır.
Novruzu qeyd etməyin xüsusi ssenarisi yoxdur, ona görə də hər ölkə onu özünəməxsus şəkildə qeyd edir.
Azərbaycanlılar bu bayramı rəsmi olaraq 1967-ci ildən, dövlət səviyyəsində isə 1992-ci ildən Azərbaycan müstəqilliyini elan etdikdən sonra qeyd etməyə başlayıblar.
2009-cu ilin sentyabrında bayram UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib və 2010-cu ilin fevral ayının sonunda BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.
1 / 14

Azərbaycan SSR. Novruz - Azərbaycanın ən sevimli bayramlarından biridir. Lerik rayonunun Çayrud dağ kəndinin bədii özfəaliyyət ansamblının üzvlərinın çıxışı zamanı.

2 / 14

Musiqiçilər Əbu Əli ibn Sinanın abidəsi önündə milli musiqi alətlərində ifa edərək bahar bayramının - Novruzun gəlişini elan edirlər.

3 / 14

Novruz bayramının iştirakçıları yaşıllıqlarla bəzədilmiş avtomobillə gəzirlər.

4 / 14

Özbəkistanlı qadınlar Novruz bayramına hazırlıq zamanı "sumalak" adlanan milli xörəyi bişirirlər.

5 / 14

"Pobeda" kolxozunda (Tacikistan) Novruz bayramının iştirakçıları.

6 / 14

Səməni - cücərmiş buğda dənələri, əvəzedilməz ritual atributdur.

7 / 14

Tacikistan sakinləri Novruz bayramını qeyd edirlər.

8 / 14

Aşqabadda Novruz bayramı şənliyi, 21 mart 1991-ci il.

9 / 14

Yulius Fuçik adına sovxoz (Krım). Novruz bayramı zamanı.

10 / 14

Bakıda Novruz bayramı.

11 / 14

Novruz bayramında ənənəvi yarışmaların keçirilməsi.

12 / 14

Novruz bayramında qədim tacik güləşi üzrə yarışma.

13 / 14

Bişkekin Ala-Tau şəhərinin mərkəzi meydanında Novruz bayramı zamanı teatrlaşdırılmış tamaşanın iştirakçısı - "Bütün qırğızların anası" rolunu ifa edən qadın.

14 / 14

Kazan şəhərində Novruz bayramında qonaqlar rəqs edirlər.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.