Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Lavrov: “Üçtərəfli bəyanat bütün qərarların icrası üçün əsas olaraq qalır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
Sputnik
BAKI, 20 mart - Sputnik. “Rusiya Qarabağ ətrafında vəziyyətin nizamlanmasına diqqət ayıracaq”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib.
“Şübhə etmirik ki, üçtərəfli bəyanat vəziyyətin sabitləşməsinin təmin edilməsi naminə qəbul edilən bütün qərarların icrası üçün əsas olaraq qalır”, - Rusiya XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, Rusiya nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və sülh sazişinin parametrlərinin razılaşdırılmasına hər cür kömək göstərməyə hazırdır.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
İrəvan və Bakı müqavilə ilə bağlı təklifləri əsasən Rusiya vasitəsilə ötürür - spiker