DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dövlət katibinin köməkçisi istefa verəcək

Bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Sputnik
BAKI, 20 mart - Sputnik. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi xanım Karen Donfrid vəzifəsini tərk edir.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Donfridin şəxsi həyatına daha çox vaxt ayırmaq üçün martın sonunda vəzifəsini tərk edəcəyi gözlənilir. Hazırda onun istefasından sonra bu vəzifəyə kimin keçəcəyi ilə bağlı qərar qəbul edilməyib.