BAKI, 20 mart - Sputnik. Rusiyada olan Çin lideri Si Tszinpin deyib ki, Pekin və Moskva etibarlı tərəfdaşdır, sakit dünyada Çin Rusiya ilə beynəlxalq hüququ qətiyyətlə qorumağa hazırdır.
“Çin və Rusiya dağlar və çaylarla bağlı mehriban qonşular və etibarlı tərəfdaşlardır”, - deyə Çin lideri bildirib.
"Əminəm ki, səfər məhsuldar olacaq və yeni dövrdə Çin-Rusiya hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin sağlam və sabit inkişafına yeni təkan verəcək", - Si Tszinpin vurğulayıb.
***
Çin Xalq Respublikasının sədri Si Tszinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.
“Report” xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
S.Tszinpin və V.Putin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.
Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.