BAKI, 19 mart - Sputnik. Qara dənizin Sakarya yatağından hasil edilən qaz aprelin sonuna qədər türkiyəli istehlakçılara verilməlidir. Bu barədə TRT telekanalına Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz məlumat verib.
“Biz plana əməl etdik, lakin zəlzələlərə görə gecikmə oldu. Aprelin sonuna qədər tədarükə başlamağı planlaşdırırıq”, - Dönməz bildirib.
Sakarya yatağı 2020-ci ildə kəşf edilib. Onun ehtiyatları təxminən 400 milyard kubmetr qazdır. Təchizatlara başlandıqdan sonra yataqdan gündə 10 milyon kubmetr yanacaq çıxacaq. 2028-ci ilə qədər bu rəqəm 40 milyon kubmetrə çatmalıdır.
Martın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib ki, Rusiyadan alqı-satqıdan imtina etdikdən sonra qaz və neftin Avropaya çatdırılması üçün bütün mövcud variantlara Türkiyənin də iştirak etməsi daxildir.
Onun sözlərinə görə, Avropa artıq Rusiya neftini və qazını almamaq qərarına gəldikdən sonra onun iki mümkün alternativi var. O əlavə edib ki, bu, Azərbaycandan Türkiyəyə gələn qaz və Şərqi Aralıq dənizinin enerji ehtiyatlarıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.