BAKI, 19 mart - Sputnik. Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel-Rıfat bölgələri üzrə maliyyə məsələlərinə məsul nümayəndəsi “Hamza Kobani” kod adlı Mehmet Yıldırımı zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Hələbin Şeyx Maqsud bölgəsində həyata keçirilən əməliyyatla zərərsizləşdirilən Mehmet Yıldırım 1986-cı ildə PKK terror təşkilatına qatılıb.
Bildirilir ki, Mehmet Yıldırım Türkiyə və İraqda terror fəaliyyətlərindən sonra 2015-ci ildə Suriyaya keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.