RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya artilleriyaçıları Ukrayna ordusunun atəş nöqtələrini susdurub

Qonçarno kəndi yaxınlığında döyüş sursatı və ekipajı olan 2S1 “Qvozdika” haubitası məhv edilib.
Sputnik
BAKI, 19 mart - Sputnik. Rusiya artilleriyaçıları Ukrayna ordusunun atəş nöqtələrini susdurub. Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.
Rusiya artilleriyaçıları gecə Xerson yaxınlığında "Qvozdika" özüyeriyən haubitsasını və 120 millimetrlik minaatanı məhv edib, Ukrayna qoşunları Xerson vilayətinin Dnepr çayının sol sahilində yerləşən şəhər və kəndlərini atəşə tutublar.

“Gecə Qonçarno kəndi yaxınlığında döyüş sursatı və ekipajı olan 2S1 “Qvozdika” haubitası məhv edilib,Ukrayna Silahlı Qüvvələrinin 5 əsgəri həlak olub”, - deyə məlumatda bildirir.

O da qeyd olunur ki, dünən Kamışanı vilayətində 120 mm-lik minaatan və ekipajı isə artilleriya atəşi ilə məhv edilib, Ukrayna Silahlı Qüvvələrinin 6 əsgəri ölüb, 2-si yaralanıb”.
Ukrayna hərbçiləri hər gün Xerson vilayətinin Dnepr çayının sol sahilindəki şəhərlərini atəşə tutur, gündəlik 100-150 mərmi atırlar. Ötən gecə rayonun fövqəladə hallar xidmətinin məlumatına görə, Dnepr çayının sağ sahilindən Novaya Kaxovka, Kaxovka, Qolaya Pristan, Alyoşki və ətraf kəndlərinə və sol sahil şəhərlərinə 42 mərmi atılıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya ötən ilin fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.