BAKI, 19 mart - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rostov-Don şəhərində RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovla görüşüb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti Rostov-Donda xüsusi hərbi əməliyyatın komanda məntəqəsinə baş çəkib. Onu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov qarşılayıb.
Dövlət başçısı komanda qərargahına gedib və burada onu xüsusi hərbi əməliyyat aparılan ərazidə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Qrupu komandanının müavini Sergey Surovikin qarşılayıb.
Putin Rostov-Donda xüsusi hərbi əməliyyatın komanda məntəqəsində görüş keçirib, Gerasimov və digər hərbi rəhbərlərin hesabatlarını dinləyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya ötən ilin fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.