RUSİYA

Novruz Rusiyada dinlərarası dialoq platformasına çevrilə bilər - ekspert

Ekspert qeyd edib ki, Rusiyada bu bayramın birləşdirə bildiyi insanlar getdikcə daha çoxalır.
Sputnik
BAKI, 19 mart - Sputnik. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun direktor müavini Roman Lunkin hesab edir ki, Novruz bayramı Rusiyada dinlərarası və millətlərarası dialoq platformasına çevrilə bilər.
"Novruz xalqlar, mədəniyyətlər və dinlər arasında daimi dialoq platformasına çevrilə bilər. Bu, paradoksdur, lakin Rusiyada hələ ki, belə daimi dialoq platforması yoxdur", - Lunkin bildirib.
Ekspert hesab edir ki, belə bir platformada sosial işdən tutmuş vətəndaş həmrəyliyinə qədər mövzular müzakirə oluna bilər və bu, beynəlxalq böhran kontekstində xüsusilə vacib olardı.
“Mən təklif edirəm ki, Novruzda bu cür dialoq üçün daimi platforma yaradılsın", - Lunkin deyib.
Ekspert qeyd edib ki, Rusiyada bu bayramın birləşdirə bildiyi insanlar getdikcə daha çoxalır.
Öz növbəsində “Rusiya Xalqları Assambleyası” Ümumrusiya ictimai-dövlət təşkilatının regional inkişaf üzrə baş direktorunun müavini Nazircon Abduqaniyev xatırladıb ki, martın 25-də Rusiyada şəbəkə platformasında Novruz bayramı qeyd olunacaq.
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər.