BAKI, 19 mart - Sputnik. Naxçıvanda TIR sürücüləri artıq 10 gündən çoxdur ki, yola çıxmaqdan imtina edirlər. APA-nın verdiyi xəbərə görə, bu gün naxçıvanlı TIR sürücüləri yenidən Naxçıvan şəhər TIR parkında aksiya keçiriblər.
Onlar İran gömrüyünün əməkdaşlarının son iki ayda hər dəfə sərhədi keçərkən rüşvət tələb etməsinə etiraz olaraq artıq səfərə çıxmayacaqlarını bildiriblər.
Sürücülər qeyd edib ki, artıq mart ayının 8-dən sonra heç bir TIR Bakıya getməyib və oradan da bura heç bir TIR gəlməyib.
Belə olacağı təqdirdə, sürücülər məsələ həll olunanadək səfərə çıxmayacaqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.