BAKI, 19 mart - Sputnik. Ekvadorda baş verən zəlzələ qurbanlarının sayı 446 nəfərə çatıb. Bu barədə ölkə prezidenti Gilyermo Lassonun mətbuat xidməti risklərin idarə olunması xidmətinə istinadən məlumat yayıb.
Daha əvvəl 14 nəfərin öldüyü, 381 nəfərin yaralandığı bildirilirdi.
"On dörd ölü, 446 yaralı", - deyə "Twitter"də dərc olunan xülasədə deyilir.
Hadisə nəticəsində 180 evə ziyan dəydiyi, 84-nün dağıldığı qeyd edilir.
Bundan əlavə, 33 tibb müəssisəsinə də ziyan dəyib, beş körpü tamamilə dağılıb.
Xatırladaq ki, Ekvadorun qərbində 6,5 bal gücündə yeraltı təkanlar 44 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ ölkənin bir sıra əyalətlərində hiss olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.