BAKI, 19 mart - Sputnik. Bakıdakı Rus Evində “Canlı klassika” beynəlxalq müsabiqəsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) Azərtac-a bildiriblər ki, Bakıdakı Rus Evinin dəstəyi ilə keçirilən müsabiqədə Azərbaycanın Rus Gəncləri Assosiasiyasının nümayəndələri, "Yaşlek" Tatar Gənclər Mərkəzi, "Günay" Uşaq Teatrı, Bakı şəhərinin ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Rus Gənclər Assosiasiyasının rəhbəri Sergey Danilov salamlama nitqi ilə çıxış edib.
Bakıdakı Rus Evində qiraət müsabiqəsi keçirilib
© Photo : AZERTAG
Gənc qiraətçilər pedaqoq və psixoloq Leyla Qurbanova, jurnalist İradə Əsədova, pedaqoq, Azərbaycanın Rus Gəncləri Assosiasiyasının İdarə Heyətinin üzvü, Ədəbiyyat klubunun rəhbəri Lalə Həsənovanın da daxil olduğu münsiflər heyətinin qarşısında rus müəlliflərinin əsərlərindən parçalar söyləyiblər.
Münsiflər heyətinin qiymətləndirmələrinə əsasən, üç qalib müəyyən olunub: Milana Romaşkina 1-ci yeri, Fəxriyyə Tağıyeva 2-ci yeri, Riyana Rəsulova isə 3-cü yeri tutublar.
Bakıdakı Rus Evində qiraət müsabiqəsi keçirilib
© Photo : AZERTAG
Qeyd edək ki, “Canlı klassika” Rusiya və xarici müəlliflərin nəsrlə yazılmış bədii əsərlərindən parçaların ucadan oxunması (qiraət) üzrə yarış xarakterli tədbirdir.
Layihənin təşkilatçısı "Canlı klassika" Fondudur. Azərbaycan Respublikasında layihənin kuratoru Azərbaycanın Rus Gəncləri Assosiasiyasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.