BAKI, 18 mart — Sputnik. Ukrayna böhranı və Rusiya yanacağının tədarükünü məhdudlaşdıran Qərb ölkələrinin hərəkətləri fonunda dünya resurslarla bağlı yeni münaqişə ilə təhdid edilir.
Yaponiyanın "Mainichi Shimbun" qəzeti bu barədə yazır.
Nəşrin müəllifləri mövcud vəziyyəti dördüncü Ərəb-İsrail müharibəsindən sonra yaranan yanacaq böhranı ilə müqayisə ediblər. Onların müsahibə götürdükləri ekspertlər isə belə qənaətə gəliblər ki, dünyanın bütün ölkələr üçün vacib olan sahələrdə əməkdaşlığa ehtiyacı var.
İdarəetmə strategiyası üzrə məsləhətçi Takahiro Sudzuki hesab edir ki, Avropa, ABŞ və Yaponiya gələcəkdə qıt resurslar və kənd təsərrüfatı məhsulları uğrunda rəqabət aparacaqlar.
Öz növbəsində, İqtisadiyyat və Enerji İnstitutunun idarəedici direktoru Ken Koyama da enerji bazarının qlobal parçalanmasının yeni qiymət artımlarına səbəb ola biləcəyini bildirib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Latviya, Litva və Polşanın israr etdiyi Rusiya neftinin qiymət tavanının tənzimlənməsinin nəticəsi qlobal enerji bazarlarında sabitliyin pozulması və beynəlxalq ticarət qaydalarının "qalıqlar"ının dağıdılması ola bilər".
Həmçinin, "Freedom Finance Global"ın aparıcı analitiki Natalya Milçakova vurğulayıb ki, Rusiya özünün ixrac axınını qərbdən şərqə yönləndirir və xarici brendlərin ölkədən çıxarılması yerli istehsal sənayesini tamamilə yenidən işə salmağa imkan verəcək.