BAKI, 18 mart - Sputnik. BMT Qara dəniz taxıl sazişinin müddətinin uzadılmasını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, təşəbbüs Ukrayna limanlarından taxılın, ərzaq və gübrələrin, o cümlədən ammiakın ixracı üçün təhlükəsiz naviqasiyaya imkan verir.
Sazişin icrası zamanı 25 milyon ton taxıl və ərzaq daşınıb. Bu saziş ərzağın dünya qiymətlərini aşağı salmağa və bazarları sabitləşdirməyə kömək edib.
Sazişin hansı müddətə uzadıldığı barədə məlumat yoxdur.