SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib - VİDEO

Piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" kimi şüarlar səsləndiriblər.
Sputnik
BAKI, 17 mart — Sputnik. Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, İranda yoxa çıxan 27 yaşlı Fərid Səfərlinin yaxınları İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib.
Piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" kimi şüarlar səsləndiriblər.
Sonda onlar İran səfirliyinə piketlə bağlı qətnamə təqdim ediblər.
Xatırladaq ki, amrtın 9-da Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadəm məlumat verib ki, martın 9-da Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmadığı ilə bağlı müraciət daxil olub. Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.
SİYASƏT
Azərbaycan XİN İrana nota verib