BAKI, 17 mart - Sputnik. Biz buraxılış imtahanlarından sonra kitabçaları abituriyentlərə vermirik. Amma gizlicə sualların çəkilməsi və daha sonra müzakirələr aparılmasının hüquqi baxımdan nə dərəcədə doğru olub-olmaması da qiymətləndirilməlidir.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Dövlət İmtahan Mərkəzinə irad bildirənlərin özlərinin nə ilə məşğul olduqlarına baxmaq lazımdır:
"Bu sualları və mətnləri gizlincə çıxaranlar özlərini düzmü aparırlar?! Bununla həm müəllimlərini, həm də valideynlərini stress vəziyyətinə salırlar. Mən abituriyentlərin müraciətinə də baxmışam. Kimlərsə öyrədilib, kimlərsə özü gəlmişdi" (APA).