BAKI, 17 mart — Sputnik. Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yekunlarına görə 190 milyard dollara yüksəlib. Bu ilin iki ayı ərzində iki ölkə arasında ticarət ötən ilin eyni dövrü ilə müqayisədə dörddə bir, Rusiyadan idxal isə təxminən üçdə bir dəfə artıb. Bunu Çinin Moskvadakı səfiri Çjan Hanhuey bildirib.
"İkitərəfli ticarətin illik həcmi rekord həddə - 190,27 milyard dollara çatıb. Çin 13 il ardıcıl olaraq Rusiyanın ən böyük ticarət tərəfdaşı olub. Rusiyaya yüksək texnoloji məhsulların, avtomobillərin və ehtiyat hissələrin ixracı isə müvafiq olaraq 51% və 45% artıb", - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, kənd təsərrüfatı texnikasının bazara çıxarılması üzrə işlər sürətlə davam edib, qlobal tendensiyalara baxmayaraq, tədarüklərin həcmi 43% artıb.
"KP.RU" saytının məlumatına görə, Hanhuey həmçinin Pekinin enerji sahəsində sıx əməkdaşlıq planlarını qeyd edərək Moskva ilə "arxa-arxaya" strateji əməkdaşlıq qurmağa davam edəcəyini bildirib.