Seysmologiya üzrə ixtisaslaşdırılmış kadrlara ehtiyac var - AMEA prezidenti

AMEA-nın prezidenti bildirib ki, ölkənin ali təhsil sistemində və digər elmi qurumlarında magistr, fəlsəfə doktorluğu, elmlər doktorluğu üzrə seysmologiya sahəsində boşluqlar var.
Sputnik
BAKI, 16 mart — Sputnik. Türkiyədə baş vermiş zəlzələdən sonra apardığımız təhlillər zamanı ölkəmizdə seysmologiya üzrə ixtisaslaşdırılmış kadrlara ehtiyac olduğunu müəyyən etmişik.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, ölkənin ali təhsil sistemində və digər elmi qurumlarında magistr, fəlsəfə doktorluğu, elmlər doktorluğu üzrə seysmologiya sahəsində boşluqlar var:

"Biz seysmologiya üzrə yüksək elmi dərəcəli kadrların hazırlanması istiqamətində yüksək dairələrlə danışıqlar apararaq razılığa gəlmişik. Həmçinin gələn həftə seysmoloqlarımızın böyük bir hissəsi Türkiyəyə gedəcək və türkiyəli alimlərlə birgə tədqiqatlar aparacaqlar".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.