BAKI, 16 mart — Sputnik. Rusiya və Suriya enerji, sənaye, nəqliyyat, mənzil tikintisi sahələrində 40 investisiya layihəsi planlaşdırır.
Bunu Suriya Prezidenti Bəşər Əsəd Rusiya lideri Vladimir Putinlə görüşdən sonra "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
"Rusiya-Suriya birgə komissiyasının bu dəfəki iclası fərqli oldu. O, məsələlərə, xüsusən investisiya layihələrinə, eləcə də imzalanacaq sazişə yönəldilib. Söhbət enerji, elektrik, neft, nəqliyyat, yaşayış sahəsi, sənaye ilə əlaqəli olan sahələrə aid olan, həmçinin, dəqiq müəyyən edilmiş layihələrə malik bir çox başqa sahələrdə 40 konkret investisiya layihəsindən gedir", - deyə Əsəd bildirib.
Onun sözlərinə görə, əvvəlki görüşlər o qədər də məhsuldar olmayıb.
"Bundan əlavə, yeni layihələr nəzarət mexanizmlərini nəzərdə tutur", - deyə Suriya lideri vurğulayıb.
"Bu, münasibətlərdə yeni mərhələdir. Rusiyaya gedən nümayəndə heyəti böyük idi, çünki bu saziş üzərində iş aylar deyil, illər davam edib", - deyə Əsəd bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.