BAKI, 16 mart - Sputnik. “Rusiya sülhməramlıları gərginliyin qarşısını almaq və yerdə vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər. Onlar bunu öz məsuliyyət sahələrində edirlər. Təbii ki, bütün tərəflərin hərəkətlərindən və bəyanatlarından da çox şey asılıdır". Sputnik Ermənistan-ın xəbərinə görə, bunu Rusiya XİN rəsmisi mariya zaxarova Ermənistan baş nazirinin RF-in "Dağlıq Qarabağ"ın təhlükəsizliyinin qarantı olması" ilə bağlı sözlərini şərh edərkən deyib.
"Hesab edirik ki, bu bəyanatlar konstruktiv olmalı və ümumi uğura yönəlməlidir”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiyanın bütün öhdəlikləri 9 noyabr tarixli üçtərəfli bəyanatda öz əksini tapıb: sənədə baxmaq və hansı öhdəliklərin, hansının olmadığını anlamaq kifayətdir.
Zaxarova həmçinin bildirib ki, Rusiya XİN-in bəyanatlarının arxasında çox vaxt vasvası səylər, bütün razılaşmaların həyata keçirilməsinə yönəlmiş titanik iş dayanır.
“Biz Ermənistan rəhbərliyinin bəyanatlarını Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə götürülmüş xəttin davamı kimi qiymətləndiririk", - deyə Zaxarova bildirib.
"Azərbaycan sülhməramlılarının məsuliyyəti altında olan ərazilərə nəzarət etmək istəyərsə, Rusiya Qarabağı müdafiə etməlidirmi?" sualın cavabında Zaxarova deyib ki, o, yalnız baş verənləri şərh edə bilər.
“Bir şey baş verərsə, bunun necə görünə biləcəyini söyləmək bu işdə yersiz, yanlış və çox zərərlidir. Bu, fərziyyələrə, eyhamlara və sairə gətirib mıxara bilər. Reaksiya tələb edən bir şey olarsa, bunu edəcəyik. Vəziyyəti modelləşdirmək çox təhlükəlidir”, - deyə Zaxarova qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.