QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentin xüsusi nümayəndəsi: Gələn il Hadrut və Tuğa köç reallaşacaq

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi bildirib ki, Füzuli rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kəndi olan Dövlətyarlı kəndində bərpa prosesinə bu ilin sentyabr ayında start veriləcək.
Sputnik
BAKI, 16 mart — Sputnik. Qarabağ iqtisadi rayonunda - Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra layihələndirmə işləri yekunlaşma mərhələsindədir.
Bunu APA-ya açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

"Bu ilin sonuna Füzuli şəhərinin ilk yaşayış məhəlləsi yekunlaşmalıdır. Orada işlər sürətlə davam edir. Eyni zamanda, bu il Ağdam rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan həm birinci, həm ikinci yaşayış məhəllələri, həm də Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bərpa quruculuq işlərinə başlanılacaq", - Prezidentin xüsusi nümayəndəsi deyib.

Xocavənd rayonun Tuğ kəndi
Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, Füzuli rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kəndi olan Dövlətyarlı kəndində bərpa prosesinə bu ilin sentyabr ayında start veriləcək. Bu proseslər öz qrafikinə uyğun olaraq vaxtı-vaxtında təhvil veriləcək.
Emin Hüseynov onu da deyib ki, gələn il Ağdam rayonunun 3 kəndi, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndindəki yaşayış məntəqələrinə köç reallaşacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.