BAKI, 16 mart — Sputnik. Rusiya Ukraynanın xeyrinə olmayan ciddi hərbi hadisələrin astanasındadır. Ukrayna Silahlı Qüvvələri (USQ) Artyomovskda çox acınacaqlı vəziyyətdədir və ciddi itkilər verir. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski "Kim Iversen Show"nun efirində deyib.
Polyanski qeyd edib ki, hava şəraiti USQ üçün də problemlər yaradır. Yazda yolların palçıqlı olması üzündən Kiyev ağır hərbi texnikadan istifadə edə bilmir.
"Biz Ukraynanın xeyrinə olmayan çox ciddi hərbi hadisələrin astanasındayıq", - deyə Polyanski bildirib.
Həmçinin diplomat Artyomovsku saxlamaq üçün Kiyev tərəfindən göndərilən hərbçilərin təlim keyfiyyəti məsələsinə də toxunub.
Onun sözlərinə görə, döyüşçülər iki-üç gün təlim keçir və şəhərin müdafiəsi üçün qırğına göndərilir.
"KP.RU" saytı bu yaxınlarda "Axmat" xüsusi təyinatlılarının komandiri Aptı Alaudinovun oxşar fikrinə istinad edib. Hərbçilərin fikrincə, Kiyev bütün yüksək ixtisaslı döyüşçüləri şəhərdən çıxarıb və onları səfərbər edilmiş döyüşçülərlə əvəz edib. Onun sözlərinə görə, orada yüzlərlə insan həlak olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.