DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT-nin baş katibi Ermənistana gedib

Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında, KTMT-nin Ermənistanı tərk etməsindən narahatlığını bildirib.
Sputnik
BAKI, 16 mart — Sputnik. KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edib. Bu barədə İnterfax Ermənistan XİN-ə istinadən məlumat yayıb.
"Baş katib Ermənistana martın 15-də gəlib. Onun respublika rəhbərliyi ilə görüşü planlaşdırılır", - deyə Ermənistan XİN-dən bildiriblər.
Bu, Tasmaqambetovun KTMT-nin baş katibi kimi Ermənnistana ilk səfəridir.
Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında, KTMT-nin Ermənistanı tərk etməsindən narahatlığını bildirib.

"2022-ci ildə KTMT-nin baş katibi Ermənistana gələndə mənə dedi ki, KTMT Ermənistanın Təşkilatdan çıxmasından narahatdır. Mən dedim ki, bu narahatlıq yersizdir, lakin KTMT-nin Ermənistandan çıxa biləcəyi ilə bağlı başqa bir narahatlıq var. İndi mənim qiymətləndirməm belədir: KTMT istər-istəməz Ermənistanı tərk edir və bu bizi narahat edir", - Paşinyan bildirib.

Martın 10-da Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib. "Bəli, biz KTMT-yə müvafiq təklif göndərmişik", - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib.
Yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan 2023-cü ildə ölkədə KTMT təlimlərinin keçirilməsini lazımsız hesab edir. 2022-ci il noyabrın 23-də İrəvanda Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.