DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

III Dünya Müharibəsi Qərb tərəfindən başladılıb və proksi müharibə formatındadır – Əsəd

Suriya liderinin fikrincə, müasir silahlara, xüsusən də nüvə silahlarına görə ənənəvi müharibədən çəkindirən qüvvə var, ona görə də müharibələr proksi müharibələrə doğru gedir.
Sputnik
BAKI, 16 mart — Sputnik. Kollektiv Qərb Ukraynada nasistlərin əli ilə proksi müharibə formatında, Suriyada isə terrorçuların əli ilə aparılan üçüncü dünya müharibəsini başladıb. Lakin müasir silahlar, xüsusən də nüvə silahları qarşıdurmaların ənənəvi dünya müharibəsi formatına çevrilməsinə imkan vermir.
Bunu Suriya Prezidenti Bəşər Əsəd "RİA Novosti"yə müsahibəsində bildirib.
"RİA Novosti" Əsədin Kremldəki danışıqlarından dərhal sonra onunla danışan ilk media orqanı olub.

"Hesab edirəm ki, üçüncü dünya müharibəsi gedir, lakin o, formaca fərqlidir. Yəni, əvvəllər dünya müharibələri ənənəvi xarakter daşıyırdı. Bir neçə dövlətin ordusu bir neçə başqa dövlətə qarşı hərəkətə keçirdi. Bu gün də həmin vəziyyət mövcuddur, lakin müasir silahlara, xüsusən də nüvə silahlarına görə ənənəvi müharibədən çəkindirən qüvvə var, ona görə də müharibələr proksi müharibələrə doğru gedir", - deyə o, "RİA Novosti"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vladimir Zelenski bu gün faşistlərdən ibarət ordusu ilə Qərb adından müharibə aparır.
"Eyni şəkildə terrorçular Suriyada və digər bölgələrdə Qərb adından fəaliyyət göstərən ordulardır", - deyə Əsəd əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.