BAKI, 16 mart — Sputnik. "Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin bölmələrində "Artsax (?!) Respublikası" ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb". Bunu Ermənistanın "Hraparak" qəzeti yazıb.
Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb:
"Artsax Respublikası" sözünü leksikondan çıxarmaq, yalnız "Dağlıq Qarabağ" sözlərindən istifadə etmək lazımdır".
Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada olan hərbçilər arasında narazılıq yaradıb. Amma onlar da Ermənistandakı bir çox vəzifəli şəxslər kimi işdən çıxarılacaqlarından qorxaraq susmağa üstünlük verirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.