CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı nazir BMT-yə çağırış edib

Ekologiya və təbii sərvətlər naziri bildirib ki, Azərbaycan problemin həlli və çirklənmənin qarşısının alınması ilə bağlı heç bir konkret və mənalı cavab almayıb.
Sputnik
BAKI, 16 mart — Sputnik. “Azərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasına qoşulmayıb”. Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə yüksək səviyyəli strateji məsləhətləşmələr zamanı deyib.
O söyləyib ki, bu Konvensiya region ölkələrinin transsərhəd su problemlərinin həlli istiqamətində səylərini birləşdirərək səmərəli əməkdaşlıq edə biləcəyi yeganə mövcud platformadır:

"2020-ci ildən başlayaraq biz dəfələrlə müvafiq beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf mühit Proqramı və digərlərinə Ermənistan tərəfindən daimi çirkləndirilmə ilə bağlı transsərhəd Oxçuçay çayının, eləcə də digər regional çayların ekoloji təhlükələri və kritik vəziyyəti ilə bağlı müraciət etmişik".

O qeyd edib ki, Azərbaycan bu problemin həlli və çirklənmənin qarşısının alınması ilə bağlı heç bir konkret və mənalı cavab almayıb:
"Bu, transsərhəd su problemləri ilə məşğul olmaq üçün qaçırılmış fürsət idi. Amma yenə də biz inanırıq ki, BMT agentlikləri ilə sıx əməkdaşlıq etməklə mövcud vəziyyəti dəyişə biləcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.