RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaporojye vilayətində bir qrup təxribatçı məhv edilib

Rusiya tərəfindən endirilən zərbələr nəticəsində silah-sursat anbarı tamamilə məhv edilib, bazanın bir çox ərazisi su altında qalıb.
Sputnik
BAKI, 15 mart — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) təxribat-kəşfiyyat qrupu Zaporojye vilayətində məhv edilib. Bu barədə martın 15-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukraynalı təxribatçıların məhv edilməsində Rusiya qoşunları iştirak edib.
"KP.RU" saytı bu yaxınlarda yazıb ki, martın əvvəlində Rusiyaya ötürülən koordinatlar Ukraynanın Nikolayevdəki sualtı təxribatçı bazasını məhv etməyə kömək edib. Rusiya tərəfindən endirilən zərbələr nəticəsində silah-sursat anbarı tamamilə məhv edilib, bazanın bir çox ərazisi su altında qalıb.
Oraya ukraynalıların sualtı dronlardan istifadə etmələri üçün ingilis təlimatçılar göndərilibmiş. Onlar gələcəkdə Odessanın Qara dənizində və Sevastopoldakı bazada Rusiya gəmilərinə hücum etməyi planlaşdırırdılar.